Geri

FHN Bakı Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə çimərlik mövsümünə hazırlıqla bağlı silsilə rayon müşavirələrini davam etdirir.

30 may 2014-cü il tarixində  Binəqədi Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi, Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda tədbir keçirmişdir.

FHN Bakı Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşlarının, rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələrinin rəhbərlərinin, qəsəbə icra nümayəndəsinin, bələdiyyənin, mənzil-istismar sahələrinin nümayəndələrin və çimərliklərin fəaliyyətinə məsul olan şəxslərin iştirakı ilə keçirilmiş müşavirədə çimərliklərin mövsümə hazırlığı, mövcud olan problemlər və onların həlli yolları, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi məsələləri müzakirə olunmuşdur.

Müşavirəni açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndəsi Fövqəladə Hallar Nazirliyinin əhalinin və ərazilərin təhlükəsizliyinin təmini istiqamətindəki uğurlu fəaliyyətindən və keçirilən tədbirin əhəmiyyətindən danışmış, insan sağlamlığının qorunmasının hər kəs üçün prioritet vəzifə olduğunu vurğulamışdır.

Tədbirdə Bakı Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları müvafiq olaraq “Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzinin aidiyyəti qurumlarla birgə fəaliyyəti”, “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları”, “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları” mövzularında çıxış edərək müşavirə iştirakçılarına zəruri nəzəri məlumatları çatdırmışlar.

Çıxış zamanı rayon ərazisində olan çimərliklərdə problemlərin müəyyən olunması məqsədilə keçirilən monitorinq zamanı çəkilən fotoşəkillərin köməyi ilə mövcud olan vəziyyət tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının və Gigiyena və Epidemologiya Mərkəzinin nümayəndələri müvafiq olaraq “Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti” mövzularında mühazirələrlə çıxış etmişlər.

Çıxışlardan sonra  çimərlik mövsümü başlamadan mövcud olan problemlərin aradan qaldırılması istiqamətində göstərişlər  verilmişdir.

Tədbirin gedişində Dövlət Sularda Xilasetmə Xidmətinin video-çarxı nümayiş etdirilmişdir.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu