Geri

FHN Sumqayıt Regional Mərkəzi tərəfindən “Zərərli vərdişlərin insan orqanizminə mənfi təsiri” mövzusunda seminar-müşavirə keçirilmişdir.

30 may 2014-cü il tarixində Fövqəladə Hallar Nazrliyinin Sumqayıt Regional Mərkəzində “Zərərli vərdişlərin insan orqanizminə mənfi təsiri” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Müşavirədə çıxış edən natiq, zərərli vərdişlərin insan orqanizminə nə qədər mənfi təsir göstərdiyini, son vaxtlar cəmiyyətimizdə alkoqolizmə, narkomaniyaya düçar olmuş insanların günü-gündən sayının artmasının narahatlıq doğurduğunu və  bu tip hadisələrin qarşısını təbliğat və maarifləndirmə vasitəsi ilə almağın mümkünlüyünü vurğulamışdır.

Sonda “Zərərli vərdişlərin insan orqanizminə mənfi təsiri” mövzusunda hazırlanan video-çarx nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu