Geri

FHN Muğan Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirmişdir

29 may 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları Şirvan Mərkəzi şəhər Xəstəxanasında, həkim və orta tibb işçiləri ilə  fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində, “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” və “Fövqəladə hallar zamanı  nə etməli”  mövzularında maarifləndirmə tədbiri keçirmişdir.

Maarifləndirmə tədbirində əsas məqsəd fövqəladə hallar zamanı davranış qaydaları, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin yaranması, fəaliyyəti və təsnifatı haqqında xəstəxananın həkim və orta tibb işçilərinə geniş məlumat verilmişdir.

“Yanğın təhlükəsizliyi, qarşıda duran vəzifələr və problemlərin həlli yolları”, “Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydaları”, “Fövqəladə hallar baş verən zaman nə etməli, daşqın , zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması” mövzularında çıxışlar edilmişdir.

Sonda tədbir iştirakçılarına, təbii fəlakətlər riskinin azaldılması problemlərinə həsr edilmiş kitabçalar paylanılmış və video-çarx nümayiş olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu