Geri

FHN Şimal Regional Mərkəzində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbirdə Xaçmaz rayon DYMH-nin, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının polis şöbələrinin və mərkəzi rayon xəstəxanalarının nümayəndələri iştirak etmişlər.

Mərkəzin rəisi, polkovnik-leytenant Şahin Mirzəyev fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, görülən işlər, problemlər və onların həlli yolları barədə geniş çıxış etmiş, öz təkliflərini vermişdir.

Tədbirdə toxunulan problemlərdən biri də yanğınlar və nəqliyyat qəzaları zamanı Mərkəzin əməkdaşlarının hadisə yerində sərbəst şəkildə öz fəaliyyətini davam etdirməsi olmuşdur. Bunun üçün polis əməkdaşlarının hadisə yerində ictimai asayişi təmin etməsinin zəruriliyi qeyd olunmuşdur. Fövqəladə hallar zamanı səhiyyə işçiləri ilə koordinasiyanın da yüksək səviyyədə təşkilinin vacib olması vurğulanmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu