Geri

FHN Gəncə Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışı keçirilmişdir

2014-cü il 27 may tarixində FHN Gəncə Regional Mərkəzində Gənc xilasedici  və yanğınsöndürənyarışı üzrə məktəblilər arasında zona birinciliyi keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilən tədbir zamanı yarış iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

Açılış mərasimində çıxış edən natiqlər, bu  yarışın keçirilməsində əsas məqsədinin yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması, məktəblər arasında sağlam həyat tərzinin təbliği, şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin aşılanması olduğunu iştirakçıların nəzərinə çatdırmışlar.

Yarışa marş sədaları altında təntənəli keçidlə başlayan Gəncə, Göygöl, Daşkəsən, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Kəlbəcər rayonlarının ümumtəhsil məktəblərinin komandaları, gərgin mübarizə və dostluq şəraitində güclərini müxtəlif mərhələlərdə sınamışlar.  

Yarışların yekunlarına əsasən, Gəncə komandası birinci, Şəmkir komandası isə ikinci yerə layiq görülmüşdür. Qaliblərə  kuboklar təqdim edilmişdir. Onlar “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika mərhələsində Qərb bölgəsini təmsil etmək hüququ qazanmışlar.

   

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu