Geri

FHN Bakı Regional Mərkəzində “28 may – Respublika günüdür” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

27 may 2014-cü il tarixində FHN Bakı Regional Mərkəzində “28 may – Respublika günüdür” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

Tədbirdə qeyd olunmuşdur ki, 96 il bundan öncə Şərqdə ilk demokratik dövlət yaratmış Azərbaycan Demokratik Respublikası  xalqımızın tarixinə böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Qeyd olunmuşdur ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən islahatlar müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.  Bolşeviklər tərifindən devrilməsinə baxmayaraq istiqlal ideyası yenilməmiş və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etmişdir. Lakin, 1990-cı illərin əvvəlindəki gərgin və mürəkkəb siyasi-iqtisadi vəziyyət yeni müstəqillik qazanmış dövlət üçün təhlükə yaradırdı. Müstəqillik dövrünün qısa tarixi Ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, “müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Bu gün möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir, eləcə də Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.  

Tədbir çərçivəsində  “Respublika günü” ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu