Geri

FHN Şimal-Qərb Regional Mərkəzində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilmişdir

27 may 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzində 28 May - Respublika Günü münasibətilə  tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə açan Şimal-Qərb Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant  Asif  Məmmədli bildirdi ki, 96 il əvvəl Şərqdə ilk demokratik respublikanın yaranması böyük tarixi hadisə idi. İyirmi üç aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti bir çox uğurlara nail olmuşdur.

Mərkəz əməkdaşlarının çıxışlarında bildirildi ki, Azərbaycan xalqı sonrakı  70 il ərzində Sovet əsarəti altında olmasına baxmayaraq , Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur. Xalqımız  ikinci dəfə öz müstəqilliyini  elan etdikdən sonra böhran, xaos, iqtisadi geriləmə yaşayan ölkəmiz Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində 1993-2003-cü illərdə dirçəliş və sürətli inkişaf yolu keçdi. Məhz o illərdə dövlətçiliyimizin möhkəm təməli qoyuldu, istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətt müəyyən edildi. Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması da o illərə təsadüf edir. Müstəqil dövlətin Konstitusiyası qəbul edildi və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradıldı. Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, Ölkəmiz həm regionda, həm də beynəlxalq  aləmdə iqtisadi və siyasi gücə malik bir dövlətə çevrilmişdir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu