Geri

FHN Sumqayıt Regional Mərkəzində “28 May – Respublika Günü” münasibətilə tədbir keçirilmişdir.

27 may 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində “28 May – Respublika Günü” münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə  Sumqayıt Regional Mərkəzin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları iştirak etmişlər.

Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət himni səslənmişdir.

FHN Sumqayıt Regional Mərkəzin rəis müavini, polkovnik Elşad Əliyev tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının milli dövlətçiliyimizin parlaq səhifələrindən olduğunu, bu tarixi günün böyük hörmət və ehtiramla qeyd edildiyini bildirmişdir.

Çıxış edənlər vurğulamışlar ki, hazırda ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş demokratik, hüquqi, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin quruculuğu prosesi Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir.  Ali Baş Komandanın məqsədyönlü, düşünülmüş və praqmatik siyasəti nəticəsində dövlət müstəqilliyimiz günü-gündən möhkəmlənir, Azərbaycan qüdrətli dövlətə çevrilmişdir.

Tədbirin sonunda “Respublika Günü”nə həsr edilən sənədli film nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu