Geri

FHN Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları maarifləndirmə və yoxlama tədbirlərində iştirak etmişlər

Fövqəladə Hallar Nazirliyi Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları 4 gün  müddətində Müfəttişliyin Şimal, Cənub, Daxili Su Hövzələri şöbələrinə ezam olunaraq, vətəndaşlarla görüşlər keçirmiş, kiçik həcmli gəmilərin istifadə qaydaları, onların praktiki idarə edilməsi və dənizdə insan həyatının təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar keçirilən maarifləndirmə tədbirlərində iştirak etmişlər.

Vətəndaşlarla təşkil olunmuş görüşlərdə mülkiyyət formasından aslı olmayaraq bütün fiziki və hüquqi şəxslərə məxsus kiçik həcmli gəmilərin dövlət qeydiyyatından yayınmaması, sürücülük vəsiqələrinin əldə edilməsi, gəmilərin vaxtı-vaxtında texniki baxışdan keçirilməsi, lazımi xilasedici avadanlıqlarla təchiz olunması, su nəqliyyat vasitələrinin təhlükəsiz istismarı, istismarına qadağa qoyulmuş gəmilərin istismara buraxılmaması tövsiyə olunmuş və vətəndaşları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirlər çərçivəsində Müfəttişliyin əməkdaşları region şöbələrində normativ hüquqi sənədlərin yoxlanılmasını da həyata keçirmişlər.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu