Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən mövzu ətrafında çıxışlar edilərək dinləyicilərə “Fövqəladə hal anlayışı”, “Mülki müdafiə”, “Yanğın, partlayış”, “Zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı?”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “Texnogen qəzalar”, “Ərazi üçün xaraxterik olan təbii fəlakətlər”, “Əhalinin fövqəladə hallardan qorunması”, “Fövqəladə hallar zamanı əhalinin təxliyyə olunması”, “112 qaynar telefon xəttinə hansı hallarda müraciət etmək olar?” və sair mövzularda ətraflı məlumatlar verilmişdir.
Tədbirin praktiki hissəsində müəllim və şagirdlər, texniki işçilər zəlzələ zamanı davranış qaydaları haqqında geniş təlimatlandırılaraq, məktəb binasında şərti olaraq zəlzələ zamanı müəllim və şagirdlərin davranış qaydalarına, binadan təxliyyəsinə baxılmış və ümumilikdə məktəb kollektivinin baş verə biləcək hadisələrə necə hazır olduğu müəyyənləşdirilmişdir. Təxliyyə zamanı buraxılan səhvlər izah olunaraq kollektivə düzgün təxliyyə qaydaları öyrədilmişdir.
Həmin gün Regional Mərkəzin əməkdaşları tərəfindən digər maarifləndirmə tədbiri Oğuz rayonu, Xaçmaz kənd 1 saylı orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda keçirilmişdir.
Tədbirdə Mərkəz əməkdaşları dinləyicilərə “Fövqəladə hal anlayışı”, “Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu”, “Ərazi üçün xaraxterik olan təbii fəlakətlər”, “Əhalinin fövqəladə hallardan qorunması”, “Mülki müdafiə”, “Yanğın, partlayış”, “Zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı?”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “Texnogen qəzalar”, “Fövqəladə hallar zamanı əhalinin təxliyyə olunması”, “112 qaynar telefon xəttinə hansı hallarda müraciət etmək olar?” və sair mövzularda ətraflı məlumatlar vermişdir.
Çıxışlardan sonra dəm qazı, çimərlik mövsümündə təhlükəsizlik qaydaları, zəlzələ mövzularında videoçarxlar nümayiş olunmuş, dinləyicilərlə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Tədbirin sonunda mövzularla bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Göygöl Milli Parkında və Hacıkənd-Toğana meşəbəyliyində Meşə Mühafizəsi və Bərpası Müəssisəndə “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən “Aqroservis” ASC-nin Saatlı rayon filialında dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınmasına dair növbəti maarifləndirmə tədbiri keçirilib....
Ardını oxuFövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşları Ağdam rayon ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və ot biçini dövründə yanğın hadisələrinin qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxu