Tədbirdə Şimal Regional Mərkəzinin əməkdaşları ilə yanaşı Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Şimal Regional İdarəsinin, Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Xaçmaz Mərkəzi rayon Xəstəxanası Təcili Tibbi Yardım Stansiyasının və Xaçmaz rayon Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird heyəti iştirak etmişdir.
Tədbirin nəzəri hissəsində FHN fəaliyyət istiqamətləri, mərkəzinin regionda yerləşən təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, fövqəladə halların yaranma səbəbləri, təsnifatı, təbii xarakterli fövqəladə hallar zamanı davranış qaydaları, su hövzələrində, çimərliklərdə daşqın zamanı təhlükəsizlik qaydaları, daşqın təhlükəsi zəlzələ zamanı təxliyə qaydaları, meşə yanğınlarının baş vermə səbəbləri və yanğınların qarşısının alınması zamanı davranış qaydaları, məişətdə istifadə edilən elektrik və qaz cihazlarından istifadə zamanı təhlükəsizlik tədbirləri, təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları, müəllim və şagirdlərin bu istiqamətdə təlimatlandırılması, “112” zəng mərkəzinə hansı hallarda zəng etmək olar mövzularında ətraflı məlumatlar verilmiş, dəm qazı və meşə yanğınlarının baş vermə səbəbləri haqqında video slayd nümayiş etdirilmişdir.
Tədbirin praktiki hissəsində Şimal Regional Mərkəzinin Xüsusi Xilasetmə hissəsinin əməkdaşları tərəfindən “Nissan Patrol” markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu müasir alət və avadanlıqlar, axtarış və qəza-xilasetmə əməliyyatları zamanı istifadə edilən müvafiq texnika və avadanlıqlar Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən yanğının söndürülməsi zamanı istifadə olunan müasir yanğınsöndürmə vasitələri, Xaçmaz Mərkəzi rayon Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən ilkin tibbi yardımın göstərilməsi qaydaları əyani olaraq nümayiş olunmuşdur.
Həmçinin, məktəbin elektrik təsərrüfatına və mövcud olan ehtiyyat çıxış yollarına baxış keçirilmiş və məktəb rəhbərliyinə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
Tədbirin sonunda müəllim və şagirdləri maraqlandıran suallar mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Göygöl Milli Parkında və Hacıkənd-Toğana meşəbəyliyində Meşə Mühafizəsi və Bərpası Müəssisəndə “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən “Aqroservis” ASC-nin Saatlı rayon filialında dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınmasına dair növbəti maarifləndirmə tədbiri keçirilib....
Ardını oxuFövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşları Ağdam rayon ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və ot biçini dövründə yanğın hadisələrinin qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxu