Tədbirdə nazirliyin Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı şəhər Təcili vətəxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları iştirak etmişdir.
Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur. Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzularında çıxışlar etmişlər. Çıxışlar zamanı tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa civə dağıldıqda təhlükəsizliyin təmin edilməsi və s. bağlı ətraflı məlumat verilmişdir.
Çıxışlardan sonra məktəbin müəllim və şagird heyətinə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu, eləcə də dəm qazı zəhərlənmələri ilə mübarizə barədə videoçarxlar nümayiş olunmuşdur.
Tədbir zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəciklə davam etmişdir. Bu zaman şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan edilmişdir. Bu səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyyəsi və ilkin tibbi yardımın göstərilməsi öz əksini tapmışdır.
Praktik hissə zamanı məktəbin həyətində Bakı Regional Mərkəzininin xilasediciləri tərəfindən “Sprinter” “Mercedes BENZ” markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, Dövlət Sularda Xilasetmə Xidmətinin əraziyə gətirilmiş akvalanq və xilasetmə və üzmə vasitələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar və xüsusi kinologiya avtomobili, eləcə də Bakı şəhər Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları tərəfindən maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları nümayiş olunmuşdur.
Bundan əlavə, məktəbin həyətində qoyulması simulyasiya edilmiş partlayıcı qurğu Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılmış və pirotexnik tərəfindən zərərsizləşdirilmişdir.
Sonda Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi əməliyyatı ilə başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Göygöl Milli Parkında və Hacıkənd-Toğana meşəbəyliyində Meşə Mühafizəsi və Bərpası Müəssisəndə “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən “Aqroservis” ASC-nin Saatlı rayon filialında dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınmasına dair növbəti maarifləndirmə tədbiri keçirilib....
Ardını oxuFövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşları Ağdam rayon ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və ot biçini dövründə yanğın hadisələrinin qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxu