Geri

Cənub bölgəsində maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzi tərəfindən 28 aprel 2014-cü il tarixində Lənkəran Dövlət Universitetində “Yanğın təhlükəsizlyi qaydalarına əməl etmək həyat fəaliyyətinin təhlükəsizliyinin qarantıdır” mövzusu çərçivəsində maarifləndirmə tədbiri həyata keçirilmişdir.

Həyata keçirilən təbliğat xarakterli tədbirdə FHN Dövlət Yanğından Mühafizə Xidməti Lənkəran Rayon Dövlət Yanğından Mühafizə hissəsinin, Dövlət Sularda Xilasetmə Xidməti Lənkəran xilasetmə məntəqəsinin Cənub dalğıc-axtarış qrupunun, Dövlət Yanğın Nəzrəti Xidməti Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Lənkəran şəhər İcra Hakimiyyətinin əməkdaşları, Lənkəran Dövlət Universitetinin tələbələri, müəllim kollektivi və texniki işçiləri iştirak etmişdir.

Tədbiri açıq elan edən Lənkəran Dövlət Universitetinin prorektoru Ruslan Həmidov belə tədbirlərin əhəmiyyətindən danışmışdır. O qeyd etmişdir ki, mülki müdafiə işinin təşkili, fövqəladə hallar zamanı düzgün davranış, yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunması sahəsində əhalinin maarifləndirilməsi məqsədilə FHN-nin qurumları tərəfindən idarə və müəssisələrdə mütəmadi olaraq keçirilən təbliğat xarakterli tədbirlərin rolu çox böyükdür.

Sonra təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə etmə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində müəllim və tələbə heyətinin maarifləndirilməsi məqsədilə “112” zəng mərkəzi ilə hansı hallarda əlaqə saxlamaq lazımdır?”, “Meşə gəzintisi zamanı təhlükəsizlik tədbirləri”, “Respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları” və “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir” mövzularında geniş məlumat verilmiş və tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Tələbələrin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri Universitetin rəhbərliyinə təqdim olunmuşdur.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanması, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılması, binanın əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılması, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz olunması, eləcə də ilkin yanğınsöndürmə vasitələri ilə binanın təchiz olunmasının vacibliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair videoçarx nümayiş olunmuş, “Hansı hallarda 112 zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Zəlzələ vaxtı özünə və başqalarına kömək etməyi bacar”, “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanmış, Xüsusi xilasetmə hissəsinin növbədə olan xilasediciləri tərəfindən xüsusi xilasetmə alət və avadanlıqları əyani şəkildə nümayiş olunmuş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu