Geri

FHN Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən 23 aprel 2014-cü il tarixində Balakən şəhər 1 saylı orta məktəbində “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda nəzəri və praktiki maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirə məktəbin müəllim və şagird kollektivi, texniki işçiləri cəlb edilmişdir. Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərə təbii və texnogen mənşəli fövqəladə hallardan necə qorunmalı, hadisələr zamanı özünə və digərlərinə necə kömək etməli, ilkin tibbi yardımın göstərilməsi və yanğın təhlükəsizliyi sahəsində davranış qaydaları, baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması haqqında biliklərin aşılanması, baş verə biləcək fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməletmə vərdişlərinin təkmilləşdirilməsi olmuşdur.  

Tədbirin nəzəri hissəsində Mərkəz əməkdaşları dinləyicilərə “Fövqəladə hal anlayışı”, “Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu”, “Ərazi üçün xarakterik olan təbii fəlakətlər”, “Əhalinin fövqəladə hallardan qorunması”, “Mülki müdafiə”, “Yanğın, partlayış”, “Zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı?”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “Texnogen qəzalar”, “Fövqəladə hallar zamanı əhalinin təxliyyə olunması”, “112” qaynar telefon xəttinə hansı hallarda müraciət etmək olar?” və sair mövzularda ətraflı məlumatlar vermişlər. Çıxışlardan sonra dinləyicilərlə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Sonra müəllim və şagirdlər, texniki işçilər zəlzələ zamanı davranış qaydaları, zəlzələ vaxtı, ondan əvvəl və sonra davranış haqqında geniş təlimatlandırılaraq, məktəb binasında şərti olaraq zəlzələ zamanı müəllim və şagirdlərin davranış qaydalarına, binadan təxliyyəsinə baxılmış və ümumilikdə, məktəb kollektivinin baş verə biləcək hadisələrə necə hazır olduqları müəyyənləşdirilmişdir. Təxliyyə zamanı buraxılan səhvlər izah olunaraq kollektivə düzgün təxliyyə qaydaları öyrədilmişdir.

Tədbirin sonunda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu