Geri

FHN Cənub Regional Mərkəzində regional seminar-müşavirə keçirilmişdir

Aprelin 23-də Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən qurumları ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda regional seminar-müşavirə keçirilmişdir.

Seminarın işində FHN-in Aparatının, Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının məsul əməkdaşları, Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazi üzrə müvafiq rayon icra hakimiyyətlərinin fövqəladə hallar üzrə komissiyalarının sədrləri, regionun enerji, qaz və su təchizatı üzrə xidmətlərinin rəisləri, 1 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinin, mərkəzi xəstəxanaların, polis və təhsil şöbələrinin rəsmi nümayəndələri iştirak etmişlər.

Müşavirənin keçirilməsində əsas məqsəd ehtimal olunan fövqəladə halların qarşısının alınması, eləcə də baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olmuşdur.

Tədbirdə FHN əməkdaşları çıxış edərək FHN-in regionda fəaliyyət göstərən qurumlarla enerji, qaz və su təchizatı üzrə xidmətlər arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının bəndlər üzrə geniş təhlilini aparmış, bu sahədə tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmış və mövcud qarşılıqlı fəaliyyət planlarının müvafiq bəndləri üzrə tədbirlərin icrasına nəzarətin gücləndirilməsinin vacibliyini bildirmişlər.

“FHN Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə hazırlanmış təkliflər” mövzusunda çıxış edən Mərkəzin əməkdaşı, yerli qurumlarla qarşılıqlı fəaliyyət zamanı qarşıya çıxan problemlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Tədbir zamanı dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə ayrılması nəzərdə tutulan torpaq sahələrinin məqsədli təyinatı, aşma təhlükəsi olan iri gövdəli ağacların, avtomobil və dəmir yollarının, hidrotexniki qurğuların, yanacaq və maye-qazdoldurma məntəqələrinin, yüksək gərginlikli elektrik, orta və yüksək təzyiqli qaz xətlərinin mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması, Mərkəzin xidməti ərazisində baş vermiş suda boğulma hadisələrinin səbəbləri, təhlükəli ərazilərdən vətəndaşlar tərəfindən çimərlik kimi istifadə olunmasının qarşısının alınması istiqamətində görüləcək işlərin vacibliyi barədə geniş məlumat verilmişdir.

Sonra müvafiq rayon icra hakimiyyətlərinin fövqəladə hallar komissiyalarının sədrlərinin, idarə və müəssisə rəhbərlərinin keçirilən seminar-müşavirə ilə bağlı təklifləri dinlənilmişdir. Çıxışlarda irəli sürülən müddəaların interaktiv formatda konseptual təhlili keçirilmiş, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilmişdir.

Tədbirin sonunda “Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!”, “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!” mövzularında hazırlanmış vərəqə və yaddaş kitabçaları paylanmış, Mərkəzin fəaliyyəti, regionun torpaq sürüşməsi sahələri, yanğın-partlayış hadisələrinin törətdiyi fəsadlar, su obyektləri, hidrotexniki qurğular və yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən tikililər, fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri və müxtəlif təyinatlı obyektlərlə bağlı fotoslaydlar göstərilmiş, məruzəçilər tərəfindən suallar ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu