Geri

FHN Akademiyasında 31 mart – azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi yad olunmuşdur

31 mart 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 31 mart – azərbaycanlıların soyqırımı gününə həsr olunmuş toplantı keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Pənah Süleymanov 1918-ci ilin martında Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımın tariximizin faciəli səhifələrindən biri olduğunu söyləmişdir. P.Süleymanov soyqırımı siyasətinin xronologiyasından, bu siyasətin tərkib hissəsi kimi günahsız insanların xüsusi amansızlıqla qətlə yetirilməsindən və azərbaycanlıların öz yurdlarından didərgin salınmalarından söhbət açmışdır.

“31 mart – azərbaycanlıların soyqırımı günüdür” mövzusunda çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəis müavini polkovnik Afət Qurbanov demişdir ki, hər il martın 31-də Azərbaycan xalqı bu kütləvi və amansız qırğının qurbanlarının xatirəsini ehtiramla yad edir. Ölkəmizdə və onun hüdudlarından kənarda anma mərasimləri keçirilir, mənfur erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş soyqırımı və etnik təmizləmə siyasəti barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xeyli işlər görülür. A.Qurbanov bütün sahələrdə olduğu kimi dövlətimizin milli maraqlarının qorunması istiqamətində də ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün mötəbər tribunalardan istifadə etdiyini, məhz onun rəhbərliyi altında həyata keçirilən diplomatiyanın hazırda təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoyduğunu diqqətə çatdırmışdır.

Digər çıxış edənlər də 200 ildən bəri ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin, soyqırımının tarixi, səbəbləri barədə məlumat vermiş, xalqımızın zaman-zaman qarşılaşdığı problemlərdən bəhs etmişlər.

Tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr edilmiş videoçarx nümayiş olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu