Geri

FHN Şimal-qərb Regional Mərkəzi İsmayıllı şəhərində maarifləndirmə tədbiri keçirmişdir

Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən 28 mart 2014-cü il tarixində Şəki rayonu Oxut kənd orta məktəbində və Qəbələ rayonu Nic qəsəbə 2 saylı orta məktəbində “Zəlzələ zamanı davranış qaydaları, insanların təxliyyə olunması və ilkin tibbi yardımın göstərilməsi” mövzusunda nəzəri və praktiki maarifləndirmə tədbirləri keçirilmişdir. Tədbirlərdə rayon Təhsil şöbəsinin əməkdaşları, məktəblərin müəllim və şagird kollektivi, texniki işçiləri iştirak etmişlər. Tədbirin məqsədi zəlzələ zamanı necə hərəkət etməli olduğunu müəllim və şagirdlər arasında aşılamaq olmuşdur.    

Hər iki tədbirdə Mərkəz əməkdaşları tərəfindən məktəblərin müəllim və şagirdləri, texniki işçiləri zəlzələ zamanı davranış qaydaları və ümumilikdə fövqəladə hallar haqqında geniş təlimatlandırılaraq, məktəb binasında şərti olaraq zəlzələ zamanı müəllim və şagirdlərin davranış qaydalarına, binadan təxliyyəsinə baxılmış və ümumilikdə məktəb kollektivinin baş verə biləcək hadisələrə necə hazır olduqları müəyyənləşdirilmişdir. Təxliyyə zamanı buraxılan səhvlər izah olunaraq kollektivə düzgün təxliyyə qaydaları öyrədilmişdir.

Tədbirin sonunda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu