Geri

FHN Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin əməkdaşları aylıq Kompleks Tədbirlər planına əsasən baş verə biləcək fövqəladə hadisələrlə bağlı 12 mart 2014-cü il tarixində Xaçmaz rayonu Yeni Həyat qəsəbə orta məktəbində “Fövqəladə hallar zamanı özünü necə aparmalı” mövzusunda növbəti nəzəri-praktiki maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd  müəllim və şagirdlərə təbii və texnogen mənşəli fövqəladə hallardan necə qorunmalı, özünə və digərlərinə necə kömək etməli, ilkin tibbi yardımın göstərilməsi və yanğın təhlükəsizliyi sahəsində biliklərin aşılanması olmuşdur.

Tədbirdə Şimal Regional Mərkəzinin əməkdaşları ilə yanaşı, Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal Regional İdarəsinin, Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları və rayon Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird heyəti iştirak etmişdir.

Tədbirin nəzəri hissəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, fövqəladə halların təsnifatı və yaranma səbəbləri, fövqəladə halların xarakteri, məktəblərdə mülki müdafiə işinin təşkili qaydaları, Şimal Regional Mərkəzinin regionda yerləşən təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı “112” qaynar xəttinin rolu, zəlzələ, daşqınlar və torpaq sürüşməsi kimi fövqəladə hallar zamanı davranış qaydaları, yanğınların başvermə səbəbləri və yanğınların qarşısının alınması zamanı davranış qaydaları, təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları, müəllim və şagirdlərin bu istiqamətdə təlimatlandırılması, dəm qazının başvermə səbəbləri və bu zaman davranış qaydaları ilə bağlı videoslayd nümayiş olunmuşdur.

Tədbirin praktiki hissəsində Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən yanğının söndürülməsi zamanı istifadə olunan müasir yanğınsöndürmə vasitələri haqqında geniş məlumat verilərək, əyani nümayiş olunmuşdur. Şimal Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin xilasediciləri isə “Nissan patrol” markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu müasir alət və avadanlıqlar, axtarış və qəza-xilasetmə əməliyyatları zamanı istifadə olunan müvafiq texnika və avadanlıqlar haqqında ətraflı məlumat vermiş və onların istifadə qaydalarını praktik göstərmişlər. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən isə qanaxmalar, sınıqlar və travmalar zamanı ilkin tibbi yardımın necə göstərilməsi tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Həmçinin, məktəbin elektrik təsərrüfatına və mövcud olan ehtiyat çıxış yollarına baxış keçirilmiş və məktəb rəhbərliyinə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Tədbirin sonunda Mərkəz əməkdaşları müəllim və şagirdləri maraqlandıran sualları cavablandırmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu