Geri

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “Gənclərin fövqəladə hallara hazır olması fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında əsas faktorlardan biri kimi” mövzusunda Elmi-praktik konfrans keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ötən illərdə olduğu kimi, 2014-cü ildə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə əməkdaşlıq çərçivəsində tələbələr arasında maarifləndirmə tədbirlərini davam etdirir. Belə tədbirlərdən növbətisi cari ilin 28 fevral tarixində Azərbaycan Dövlət İqtisad Universitetində “1 mart - Mülki Müdafiə Günü”nə həsr olunmuş və“Gənclərin fövqəladə hallara hazır olması fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında əsas faktorlardan biri kimi” mövzusunda keçirilən elmi-praktik konfrans olmuşdur. Analoji konfranslar ötən illərdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat, eləcə də Bakı Slavyan universitetlərində və Azərbaycan Dövlət Neft Akademiyasında uğurla keçirilmişdir.

Konfransın keçirilməsində məqsəd yetişməkdə olan nəslin - gənc müəllim və tələbələrin insanların həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə baxışları ilə tanış olmaq, bu sahədə mövcud olan nailiyyətlər, problemlər və perspektivləri müzakirə etmək, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində yeni fikirlər, yeni ideyalar ortaya çıxarmaqdan ibarətdir.

Daha sonra Azərbaycan Dövlət İqtisad universiteti “Gənclərin təhlükəsizliyinin təminatı dövlət siyasətinin prioritet istiqamətidir”, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Fövqəladə halların qarşısının alınması: mövcud  dünya təcrübəsi və beynəlxalq əməkdaşlıq”, Fövqəladə Hallar Nazirliyinin Akademiyası “Tələbələrin həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsində qeyri-standart yanaşmaların rolu”, Bakı Dövlət Universiteti “Gənclərin fövqəladə hallara psixoloji hazırlığı xilasetmə işlərinin səmərəliliyinin əsas amilidir”, Azərbaycan Texniki Universitetini“Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında müasir informasiya texnologiyalarının rolu: mövcud vəziyyət və istifadə olunmamış imkanlar”, Azərbaycan Turizm İnstitutu “Gənclərin təşəbbüskarlığı fövqəladə hallara qarşı təsirli mübarizə vasitəsidir”, Milli Aviasiya Akademiyası “İnformasiya təhlükəsizliyi müasir dövrümüzün aktual problemlərindən biri kimi”, Azərbaycan Dövlət Neft Akademiyası “Tələbələrin sıx toplaşdığı ərazilərdə fövqəladə hal-terror aktı zamanı zəruri davranış qaydaları-dünya təcrübəsi” mövzularında çıxış edərək fövqəladə hallara müxtəlif aspektlərdən yanaşmış və tədbir iştirakçılarına maraqlı yanaşmalar nümayişetdirmişlər.

Konfrans zamanı Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.

Uğurla keçirilmiş konfransa yekun vurulduqdan sonra məruzəçilər sertifikatlarla təltif olunmuş, konfransın təşkilatçıları ilə xatirə şəkli çəkdirmişlər.

Konfransın işində Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərinin əməkdaşları, Təhsil Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, Bakı şəhərinin bütün ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının nümayəndələri, Ali məktəblərin iş istiqaməti həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı olan kafedra və fakültələrinin müəllim-professor heyətinin nümayəndələri, gənc müəllim və aspirantlar iştirak etmişdir.

Konfrans keçirilən zalın qarşısındakı foyedə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının fədakar əməyini əks etdirən foto-ekspozisiya təşkil edilmişdir.

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin maarifləndirmə tədbirləri davam etdirilir.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu