Geri

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində “Xocalı soyqırımı XX əsrin faciəsi” adlı tədbir keçirilmişdir

26 fevral 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş geniş tədbir keçirilmişdir.

Tədbir mərkəzin akt zalında təşkil olunmuşdur. Tədbirdə  Sumqayıt Regional Mərkəzinin şəxsi heyəti iştirak etmişdir. Əvvəlcə tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə “Xocalı qan yaddaşımız”, “Xocalı soyqırımını unutmayaq” mövzularında çıxış edən natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş Xocalı soyqırımı haqqında ətraflı məlumat vermiş, bu faciənin erməni şovinistlərinin davamlı olaraq Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir hissəsi olduğunu qeyd etmişlər. Daha sonra ermənilər tərəfindən dövlət səviyyəsində aparılan terror siyasətindən nəticə çıxarılmasının vacibliyini qeyd etmiş, soyqırımı həqiqətlərinin dünya ictimayyətinə çatdırılmasının labüdlüyünü bildirmişlər. Xocalı soyqırımının müasir dünya tarixində ən dəhşətli faciələrdən biri olduğu vurğulanmışdır. Xocalı soyqırımı qurbanlarının hər zaman xalqımızın qəlbində əbədiyaşar qalacağını, onların heç zaman yaddaşlardan silinməyəcəyini qryd etmişlər.

Tədbirin sonunda Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu