Geri

FHN Bakı Regional Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində cari ilin 25 fevral tarixində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərkəz rəisinin müavini tibb xidməti polkovniki Cəfər Məmmədov Xocalı soyqırımı haqqında danışaraq onun XX əsrin ən böyük faciələrindən biri olduğunu qeyd etmişdir. O, həmçinin, vurğulamışdır ki, Xocalı faciəsi təkcə xocalılıların yox, bütün Azərbaycan xalqının dərdidir.

Tədbir zamanı vurğulanmışdır ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayın zirehli texnikasının və şəxsi heyətinin köməkliyi ilə Xocalı şəhəri işğal edilmişdir. Həmçinin, qeyd olunmuşdur ki, bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olmuş, soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilmişdir.

Çıxışlar zamanı qeyd olunmuşdur ki, Xocalı soyqırımının tanınması istiqamətində istər diaspora, istərsə də Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən ayrı-ayrı təşkilatlar tərəfindən davamlı işlər aparılmış və bu mühüm işlərin nəticəsi olaraq, bir çox dövlətlərdə Xocalı faciəsinə rəsmi münasibət bildirilmiş, bu dəhşətli faciə “soyqırımı” kimi tanınmışdır.

Tədbirə yekun vuran Mərkəz rəisinin müavini Tale Şamçıyev bildirmişdir ki, çox təəssüflər olsun ki, dünya ictimaiyyəti bu məsələyə bugünə kimi yetərli qiymətini verməmişdir. Natiq vurğulamışdır ki, ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində Xocalı soyqırımı dünya ictimaiyyəti tərfindən tanınacaq və bu cinayəti törədən şəxslər tarix və qanun qarşısında öz əməllərinə görə cavab verəcəklər.

Sonda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu