Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır

Fevralın 25-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Xocalı soyqırımı xalqın əbədi yaddaşıdır. Xocalıya ədalət!” mövzusunda tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.

Akademiyanın akt zalında təşkil olunmuş mərasimdə giriş sözü ilə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Pənah Süleymanov Xocalı soyqırımının Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu bildirmişdir. Erməni hərbi birləşmələri tərəfindən Xocalıda xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparılmasını və dinc əhalinin qətl edilməsini bağışlanmaz cinayət hesab edən natiq, bu ağır cinayətdə əli olanların öz layiqli cəzalarını alacaqlarına inandığını bildirmişdir. Qeyd olunmuşdur ki, məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi-siyasi qiymət verilmişdir. Akademiyanın rəisi vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün yeritdiyi müdrik siyasət nəticəsində Xocalı faciəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılır və dünyanın bir sıra ölkələri Xocalı faciəsini soyqırımı kimi qəbul etmişdir. Həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən və dünya miqyasında geniş yayılaraq böyük bir coğrafiyanı əhatə edən “Xocalıya ədalət!” kampaniyasını yüksək qiymətləndirən natiq, aparılan bu işlər sayəsində Xocalı faciəsinin bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanındığını qeyd etmişdir.

Sonra Akademiyanın rəis müavini polkovnik Afət Qurbanov “Xocalı faciəsi ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətinin qanlı səhifəsidir”, tarix üzrə fəlsəfə doktoru Fizuli İbrahimzadə “Xocali soyqırımını bəşəriyyətə qarşı yönəlmiş amansız tarixi cinayətdir”,  kursant Süleyman Heydərov “Xocalıya ədalət! çağırışı siyasi uğurlardan biridir” mövzularında çıxış edərək erməni qəsbkarları tərəfindən törədilmiş və bəşəriyyəti tarixində ən qanlı qətliamlardan biri sayılan Xocalı soyqırımı və onun ağır nəticələri barədə mərasim iştirakçılarına ətraflı məlumat vermişlər.

Sonra  Xocalı soyqırımından bəhs edən film nümayiş olunmuşdur.

Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyinin Akademiyasının şəxsi heyəti adından Avropa İnsan Haqları Məhkəməsinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə əlaqədar müraciət qəbul olunmuşdur.



Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu