Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi tərəfindən 24 dekabr 2014-cü il tarixində İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları”  mövzusunda  maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirin məqsədi baş verə biləcək təbii fəlakət, texnogen qəzalar zamanı nə etməli olduğunu müəllim və şagirdlərə aşılamaqdır.

Mərkəz əməkdaşları  “Fövqəladə  hal anlayışı”,  “Mülki müdafiə”, “Yanğın, partlayış”, “Zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “Texnogen qəzalar”, “112” qaynar telefon xəttinə hansı hallarda müraciət etmək olar” mövzularında çıxışlar etmişlər.

Çıxışlardan sonra zəlzələ və dəm qazı haqqında videoçarx nümayiş olunmuş, mərkəzin əməkdaşları tərəfindən şagirdlərə Fövqəladə Hallar Nazirliyinin və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən nəşr edilmiş “Təhlükəsiz həyat” adlı maarifləndirici jurnallar paylanılmışdır.

Tədbirin sonunda mövzularla bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu