Geri

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi dekabr ayının 25-də Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə 233 nömrəli məktəbdə rayon ictimaiyyətinin iştirakı ilə “Yanğın təhlükəsizliyi və dəm qazı ilə mübarizə sahəsində ictimaiyyətin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə, Dövlət Sularda Xilasetmə və Tibb xidmətlərinin əməkdaşları iştirak etmiş, xüsusi xilasetmə avtomobilləri, alət və avadanlıqlar nümayiş etdirilmişdir.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Nəzəri hissə zamanı Mərkəzin əməkdaşları yanğınların profilaktikası və yanğın zamanı hərəkət qaydaları, dəm qazı və onunla mübarizə üsulları, yanğın təhlükəsizliyi və valideyn məsuliyyəti, yeni il tədbirlərində təhlükəsizlik qaydaları, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydaları mövzularında çıxışlar edərək tədbir iştirakçılarına yanğın təhlükəsizliyinin təmin olunması və dəm qazı zəhərlənmələri ilə mübarizə yolları barədə ətraflı məlumatlar vermişlər.

Çıxışlar zamanı yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar da nümayiş etdirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin qurumlarının xilasetmə texnika və avadanlıqlarının nümayiş olunduğu praktik hissə zamanı “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, akvalanq, xilasetmə və üzmə vasitələri, fərdi mühafizə vasitələri, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar, xüsusi kinologiya avtomobili, yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları, eləcə də maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Bundan əlavə, məktəbin həyətində qoyulması simulyasiya edilmiş partlayıcı qurğu Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılmış və pirotexnik tərəfindən zərərsizləşdirilmişdir.

Həmçinin, şərti yanğın hadisəsi ilə bağlı məktəb şagirdlərinin təxliyyəsi həyata keçirilmişdir. Təxliyyə başa çatdıqdan sonra Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən məktəbdə qalanların axtarışı və yaralıların xilas edilməsi üzrə xilasetmə əməliyyatı keçirilmiş və 3 şagird məktəbdən çıxarılaraq Tibb Xidmətinin tibbi yardım briqadasına təhvil verilmişdir.

Tədbir şərti yanğının söndürülməsi əməliyyatı ilə başa çatmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu