Geri

FHN-in Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə müşavirə keçirilmişdir

24 dekabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Xocavənd rayon İcra Hakimiyyətində “Fövqəladə halların proqnozlaşdırılması, baş verə biləcək hadisələrin profilaktikası və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN-in Qarabağ Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi” mövzusunda müşavirə keçirilmişdir.

Tədbirdə yerli təşkilatların, rayon Polis şöbəsinin, Qaz-istismar, Enerji təchizatı və satışı idarələrinin nümayəndələri, fermerlər, təhsil və səhiyyə işçiləri iştirak etmişlər.

Müşavirənin keçirilməsində məqsəd Regional Mərkəzin əhatə etdiyi inzibati ərazidə ehtimal olunan fövqəladə hallar barədə əhalinin məlumatlandırılması, baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, habelə rayonda fəaliyyət göstərən xidmət sahələri, müvafiq idarə və müəssisələr ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin hazırkı vəziyyətinin müzakirəsi, eləcə də mövsüm ərzində elektrik və qaz təchizatı, onlardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan, bədbəxt hadisələrlə nəticələnən halların aradan qaldırılması istiqamətində müvafiq icra strukturları və dövlət təşkilatları tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi olmuşdur.

Tədbirdə “Qarabağ Regional Mərkəzinin əhatə etdiyi inzibati ərazidə proqnozlaşdırılan fövqəladə hallar”, “Qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydaları”, “Dəm qazı təhlükəsi”, “Radiasiya təhlükəsi”,  “101” və “112” xidmətlərinə müraciət qaydaları” mövzularında məlumat verilmiş, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsində qarşılıqlı fəaliyyətin təşkilinin hazırki vəziyyəti, qarşıda duran vəzifələr, problemlər və onların həlli yolları barədə müzakirələr aparılmış, müəssisə və təşkilatlarda yanğın və texniki təhlükəsizlik qaydalarına əməl olunması istiqamətində görüləcək işlərin vacibliyi qeyd olunmuş, növbəti il ərzində də qarşılıqlı fəaliyyət sahəsində səylərin daha da artırılması fikri vurğulanmışdır.

Qarşılıqlı diskussiya şəraitində davam edən toplantı iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu