Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

24 dekabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli orta məktəbdə “Fövqəladə hallar zamanı necə davranmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirin nəzəri hissəsində “Elektriklə davranış qaydaları”, “Məişətdə qaz cihazlarından istifadə qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” Qaynar Telefon Xətti təhlükəsizliyimizin qarantıdır”  mövzularında Mərkəzin əməkdaşları çıxışlar etmişdir.

Daha sonra “Dəm qazı və ya gözəgörünməz qatil” və “Yeni ili təhlükəsiz keçirək” mövzularında videoçarxlar nümayiş olunmuşdur.

Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmış və təbliğat xarakterli bukletlər, plakatlar paylanılmışdır.

Praktiki hissədə məktəbin həyətində FHN Sumqayıt Regional Mərkəzinin qüvvə və texnikalarına baxış keçirilmiş, onların təyinatı və istifadəsi qaydaları haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu