Geri

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində 19 dekabr 2014-cü il  tarixində Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə “Texniki təhlükəsizlik – aktual suallar” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Keçirilən tədbirdə sənayenin müxtəlif sahələrinin təhlükə potensiallı obyektlərində texniki təhlükəsizlik normalarına əməl olunması, baş verə biləcək qəzaların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi məsələləri müzakirə olunmuşdur.

seminar-müşavirənin keçirilməsində məqsədin regionda fəaliyyət göstərən təhlükə potensiallı sənaye müəssisələrinin rəhbərləri və sahibkarlarla rəhbərlik etdikləri sahələrdə baş verə biləcək qəza və bədbəxt hadisələrin vaxtında qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi üçün maarifləndirilmə işlərinin aparılması olmuşdur.

Tədbirdə Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun texniki-yuma kompleksində təhlükəli yüklər daşıyan avtonəqliyyat vasitələrinin çənlərinin yuma-deqazasiya, texniki müayinə, diaqnostika işlərinin aparılması və təhlükəni aradan qaldırmaq üçün dövrü olaraq təhlükəli yüklər daşıyan çənlərin yuyulmasının, buxarla emal edilməsinin, çəndaxili səthlərə vizual baxış keçirilməsinin, mümkün qüsurların aşkar edilməsi üçün texniki müayinənin aparılmasının vacibliyi barədə söhbətlər aparılmış, bu mövzuda hazırlanmış videoçarx nümayiş etdirilmişdir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu