Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

17 dekabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzi tərəfindən Cəlilabad şəhər 8 nömrəli Texniki və humanitar fənlər təmayüllü məktəb-liseyində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Cəlilabad rayon Təhsil şöbəsinin əməkdaşları, məktəb-liseyin müəllim kollektivi, şagirdləri və texniki işçiləri  iştirak etmişdır.

Çıxış edən natiqlər “Fövqəladə hallar, təhlükəli vəziyyətlər və uşaq psixologiyası”, “Evinizdə olan 10 təhlükəli əşyadan istifadə edərkən təhlükəsizlik qaydalarına əməl edirsinizmi?”, “Elektrik cərəyanı təsirindən baş verən qəzalardan qorunmaq üçün təhlükəsizlik tədbirləri”, “Respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları”  və “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?” və digər mövzularda geniş məlumat vermiş,  təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə vasitələri və yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydaları haqqında məktəblilərə dolğun biliklər çatdırmışlar.

Tədbirin sonunda “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri” haqqında videoçarx nümayiş olunmuş, “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar”, “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu