Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

17 dekabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayon Ərşad Məmmədov adına Üçtəpə kənd orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda  maarifləndirimə tədbiri keçirilmişdir.

Tədbirdə “Zəlzələ zamanı nə etməli?”, “112” qaynar telefon xətti, “Yeni ili təhlükəsiz keçirək!”, “Məktəblilər üçün yanğın təhlükəsi zamanı davranış qaydaları”, “Dəm qazı və onun təhlükələri” mövzularında geniş çıxışlar olmuşdur.

Həmçinin, “Dəm qazı və ya arzuolunmaz qonaq”, “112” qaynar telefon xətti, “Yeni ili təhlükəsiz keçirək!” adlı videoçarxlar və mövzulara uyğun slaydlar nümayiş olunmuşdur.  Məktəblilərlə viktorina keçirilmiş və  iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbir iştirakçılarına mövzularla bağlı bukletlər, yaddaş kitabçaları paylanılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu