Geri

FHN-in Şimal Regional Mərkəzində “Ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır”adlı tədbir keçirilmişdir

12 dekabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin anma mərasimi keçirilmişdir.                                             

Mərkəzin şəxsi heyəti, əvvəlcə, görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərində yerləşən abidəsi önünə gül dəstələri qoymuşdur. Şimal Regional Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə çıxış edən natiqlər ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın milli maraqlarına xidmət etdiyini, məhz ulu öndərin yorulmaz fəaliyyəti sayəsində Azərbaycanın sürətlə inkişaf etməkdə olan ölkəyə çevrildiyini bildirmişlər.                                                                                      

Sonra ulu öndərin müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının qəbul olunmasında, ölkəmizdə sabitliyin bərqərar olmasında, Azərbaycan xalqının qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasında, eləcə də Azərbaycan elminin inkişafında göstərdiyi əvəzsiz xidmətləri barəsində geniş məlumat verilmişdir.                    

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu