Geri

FHN Qarabağ Regional Mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilmişdir

7 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Mərkəz əməkdaşları Azərbaycan Respublikasının müasir dövrümüzdəki inkişafı haqqında ətraflı bəhs etmişlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında» 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Dövlət Bayrağının dövlət rəmzləri arasında xüsusi yerini müəyyən etdiyini və bayrağımıza olan diqqət və hörmətin ifadəsi kimi dəyərləndirmişlər. Həmin Sərəncamdan sonra  9 noyabr tarixinin milli bayraq günü kimi dövlət səviyyəsində qeyd olunduğu bildirilmişdir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu