Geri

FHN Bakı Regional Mərkəzi 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş dəyirmi masa keçirmişdir

7 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız - dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin, Dövlət Bayrağı Muzeyinin nümayəndələri və Bakı Regional Mərkəzinin şəxsi heyəti iştirak etmişdir.

Çıxış edən natiqlər vurğulamışlar ki, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçiliyimizin varlığını, xalqımızın amallarını ifadə edən üçrəngli bayrağımız milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir.

Həmçinin, bildirilmişdir ki, möhtərəm Prezident cənab İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd edilməsi barədə imzaladığı sərəncama əsasən hər il 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Dəyirmi masa zamanı Dövlət Bayrağı ilə bağlı sənədli film nümayiş olunmuş, müzakirələr aparılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu