Geri

FHN Sumqayıt Regional Mərkəzində Dövlət Bayrağı və Konstitusiya Gününə həsr olunan təntənəli tədbir keçirilmişdir

7 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində Dövlət Bayrağı və Konstitusiya Gününə  həsr olunan təntənəli tədbir keçirilmişdir.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları iştirak etmişdir. Əvvəlcə, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət himni səsləndirilmişdir.

Çıxış edən natiqlər tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, Dövlət Bayrağı gününün qeyd olunmasının Azərbaycanda dövlət atributlarına diqqət və ehtiramın bariz nümunəsi olduğunu vurğulamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli sərəncamına əsasən hər ilin 9 noyabrının “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi dövlət səviyyəsində qeyd olunduğu tədbir iştirakçılarının nəzərinə çatdırmış, habelə 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk Konstitusiyanın Azərbaycan tarixində yeni bir səhifə açdığını qeyd etmişlər.

Tədbirin sonunda Dövlət Bayrağı Gününə həsr edilən qısametrajlı film nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu