Geri

Şimal Regional Mərkəzində 9 noyabr – Dövlət Bayrağı Günü mövzusunda bayram tədbiri keçirilmişdir

7 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir.

Çıxış edən natiqlər Azərbaycanın üç rəngli bayrağının keçdiyi tarixi yola

nəzər salaraq bildirmişlər ki, Azərbaycan xalqı müstəqilliyini

bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu

kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən

birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim

azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi

nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin Azərbaycanda

Dövlət Bayrağı Gününün elan edilməsi barədə imzaladığı sərəncama əsasən, hər il

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu