Geri

FHN Bakı Regional Mərkəzi Qaradağ Rayon İcra Hakimiyyətində seminar-müşavirə keçirmişdir

7 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Mülki müdafiə qoşunları əməkdaşlarının, rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələri rəhbərlərinin, bələdiyyə və mənzil istismar sahələrinin nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyətində “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda seminar-müşavirə keçirmişdir.  

Müşavirəni giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov yanğınların yol açdığı faciələrin qarşısının alınmasında birgə fəaliyyətin vacibliyini vurğulamışdır.

FHN Bakı Regional Mərkəzi rəisinin müavini Tale Şamçıyev qeyd etilmişdir ki, belə hallarla mübarizənin yolları maarifləndirmə işinin daha da artırılması, eləcə də yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması halları ilə bağlı daha ciddi tədbirlərin görülməsidir. Çıxış zamanı yanğınsöndürmə və xilasetmə texnikasının girişinə mane olan Qaradağ rayonu ərazisində yerləşən məktəb və uşaq bağçalarının şəkilləri nümayiş etdirilmişdir.

Müşavirədə Mərkəzin əməkdaşları ilə yanaşı, FHN Dövlət Yanğın Nəzarəti və  Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları, rayonun Mənzil Komunal Təsərrüfat Birliyinin, Qaz İstismar Sahəsinin, Enerji Təchizatı və Satışı İdarəsinin nümayəndələri, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları  çıxış etmişdir.  

Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar da nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu