Geri

Cəlilabad rayonunda seminar-müşavirə keçirilmişdir

26 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən "Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN-in Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi"  mövzusunda seminar-müşavirə keçirilmişdir.

Seminarın işində Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən yerli qurumlarının, Cəlilabad Rayon İcra Hakimiyyətinin, rayon ərazisində fəaliyyət göstərən müvafiq müəssisələrin nümayəndələri iştirak etmişlər.

Müşavirənin keçirilməsində əsas məqsəd ehtimal olunan fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, eləcə də rayonda fəaliyyət göstərən xidmət sahələri, müvafiq müəssisələrlə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, bu sahədə görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olmuşdur.

Çıxış edən natiqlər tərəfindən FHN-in Cənub Regional Mərkəzi ilə regionda fəaliyyət göstərən müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının bəndlər üzrə geniş təhlili aparılmış,  yerli qurumlarla qarşılıqlı fəaliyyət zamanı qarşıya çıxan problemlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbir zamanı avtomobil və dəmir yollarının, hidrotexniki qurğuların, yanacaq və maye qazdoldurma məntəqələrinin, yüksək gərginlikli elektrik, orta və yüksək təzyiqli qaz xətlərinin, sututarların və çayların mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması, meşə və meşə zolaqlarında yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunması istiqamətində görüləcək işlərin vacibliyi barədə geniş məlumat verilmişdir.

Tədbirin sonunda “Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin fəaliyyət istiqamətləri”, “Meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edin!”, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri” və “Subasma zamanı davranış qaydaları”na dair videoçarx və fotoslaydlar nümayiş olunmuş, xəbərdarlıq vərəqələri və yaddaş kitabçaları paylanılmış, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu