Seminar-müşavirədə Sumqayıt şəhərinin Mənzil-kommunal istismar sahələri, bələdiyyələr, Qaz istismarı, Enerji təchizatı və satışı idarələrinin nümayəndələri, təhsil və səhiyyə işçiləri iştirak etmişdir.
Tədbirdə yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar yeri icra hakimiyyəti orqanları qarşısında duran vəzifələr açıqlanmışdır. Seminar-müşavirədə xüsusi olaraq vurğulanmışdır ki, elektrik, qaz təchizatı və istehlakı sahəsində təhlükəsizlik qaydalarına əməl olunması, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və bədbəxt hadisələrlə nəticələnən, vətəndaşlara ziyan vurulmasına səbəb olan pozuntuların qarşısının alınması istiqamətində təxirəsalınmadan qabaqlayıcı tədbirlərin həyata keçirilməsi prioritet məsələlərdəndir.
Seminar-müşavirədə “Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı”,“Elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri” mövzularında çıxışlar dinlənilmiş, “Dəm qazından ehtiyatlı olun!” adlı qısametrajlı film nümayiş olunmuşdur.
Əhali arasında yanğına qarşı təbliğat işində istifadə olunması üçün yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakat və yaddaş vərəqələri seminar-müşavirə iştirakçılarına paylanmışdır.
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “İnzibati Ərazi Dairələri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən “Yanğınsöndürmə manqa komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Xilasetmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...
Ardını oxu