Kollecin müəllim, həkim və tələbə heyətinin iştirak etdiyi tədbirdə Şimal-qərb Regional Mərkəzinin və Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları çıxışlar etmişdir. Dinləyicilərə fövqəladə halların yaranma səbəbləri və onlardan mühafizə üsulları, ərazi üçün xarakterik olan təbii fəlakətlər, bu zaman davranış qaydaları, ehtimal olunan təbii və ya texnogen qəzaların qarşısının alınmasında, xəbərdar edilməsində maariflənmənin əhəmiyyəti, mülki müdafiə, nəqliyyat qəzaları, qaz təsərrüfatında yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri, müəssisələrin təxliyyə planlarının hazırlanması, “112” qaynar telefon xətti və sair mövzular haqqında geniş məlumat verilmişdir. Çıxışlardan sonra “Dəm qazından ehtiyatlı olun!”, “Zəlzələ zamanı, ondan əvvəl və sonra nə etməli?” adlı qısametrajlı filmlər nümayiş olunmuşdur.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “İnzibati Ərazi Dairələri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən “Yanğınsöndürmə manqa komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Xilasetmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...
Ardını oxu