Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşları 25 noyabr 2014-cü il tarixində Xocavənd rayon Salakətin kənd tam orta məktəbində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə FHN-in yerli qurumlarının və Xocavənd rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak etmişdir.

Tədbir iştirakçılarına fövqəladə hallar və növləri, mülki müdafiənin təşkili, mövsüm ərzində baş verə biləcək fövqəladə hadisələr və onların profilaktikası haqda dolğun məlumat verilmişdir. “Dəm qazı həyatımız və sağlamlığımız üçün böyük təhlükədir”, “Elektrik cihazları və qaz qızdırıcılarından istifadə zamanı təhlükəsizlik qaydaları”, “Məktəb təsərrüfatında baş verə biləcək yanğın hadisələri, onların qarşısının alınması vasitələri”, “Tanımadığınız əşyalarla rastlaşarkən təhlükəsizlik qaydaların riayət edin!” və “112” xidməti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar edilmişdir. Mərkəz əməkdaşları tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılmış, broşür və bukletlər paylanmışdır.

 Sonda məktəb binalarının təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasına, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasına, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasına, yararsız vəziyyətdə olan elektrik naqil və avadanlıqlarının yenilənməsinə dair bir sıra təkliflər verilmiş,  Fövqəladə Hallar Nazirliyinin hazırladığı “Qazdan istifadə zamanı təhlükəsizlik qaydaları” adlı videoçarx nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “İnzibati Ərazi Dairələri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən “Yanğınsöndürmə manqa komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Xilasetmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu