Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirimə tədbiri keçirmişdir.

25 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Şabran  rayonu, Gəndov kənd tam orta məktəbində “Fövqəladə hallar zamanı özünü necə aparmalı” mövzusunda növbəti  maarifləndirmə tədbiri keçirmişdir. Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə hallardan necə qorunmalı, yanğından mühafizə qurğularından istifadə üsulları, qış aylarında elektrik və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları, məişətdə və evdən kənarda təhlükəsizlik tədbirləri mövzularında biliklərin  verilməsi olmuşdur.

Tədbir zamanı Şimal Regional Mərkəzinin regionda yerləşən təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, FHN-in qurumları və fəaliyyət istiqamətləri, yaşayış sektorunda yanğınların  baş vermə səbəbləri, müasir yanğınsöndürmə vasitələrinin xüsusiyyətləri və istifadəsi, dinc və müharibə dövründə mülki müdafiənin rolu, sel, zəlzələ və qar uçqunu zamanı sağ qalma üsulları, yanğın həyəcanı elan edildikdə  təxliyyənin təşkili, müxtəlif  infeksion xəstəliklər ilə mübarizə qaydaları, ilkin tibbi yardımın göstərilməsi, təhlükəsizliyimizin təmin olunmasında “112” qaynar xəttinin rolu kimi  mövzularda ətraflı məlumat  verilmişdir.

Tədbirin sonunda dəm qazı haqqında videoslayd nümayiş olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu