Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirmişdir

20 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə şəhərində “Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri: yerli icra hakimiyyəti orqanları və qurumlar qarşısında duran vəzifələr” mövzusunda regional seminar-müşavirə keçirmişdir.

Müşavirədə maarifləndirci mövzulara geniş yer verilmiş, qaz təsərrüfatında yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri mövzusunda çıxışlar dinlənilmiş, “Dəm qazından ehtiyatlı olun!” adlı qısametrajlı film nümayiş etdirilmişdir.

Çıxış edənlər Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən yanğına qarşı təbliğat xarakterli tədbirlərin əhəmiyyətini qeyd etmiş, maarifləndirmə işlərində yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətin zəruriliyindən, hər bir müəssisə və təşkilatda yanğına qarşı təbliğat xarakterli tədbirlərin keçirilməsinin vacibliyindən danışmışdır.

Əhali arasında yanğına qarşı təbliğat işində istifadə olunması üçün hazırlanmış və yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakat və yaddaş vərəqələri tədbir iştirakçılarına paylanmışdır. 

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu