Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 19 noyabr 2014-cü il tarixində Lənkəran rayon, Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı” və” Yanğın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə  FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları iştirak etmişdir.

Tədbirdə müəllim və şagirdlərə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardım, mühafizə vasitələrindən və yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunması mövzularında ətraflı məlumat verilmişdir.

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə“ Yanğına qarşı təbliğat guşəsi” nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur. 

Daha sonra məktəb binasının təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yeniləri ilə əvəz olunmasının, eləcə də məktəbin ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır. 

Sonda dəm qazından zəhərlənmə hallarının yaranma səbəblərinə dair videoçarx nümayiş etdirilmiş, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmış və təqdim olunan əyani vəsaitlərlə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdr.



Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu