Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

19 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Saatlı rayonu, Qara-Nuru kənd tam orta məktəbində “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” və “Fövqəladə hallar zamanı nə etməli” mövzularında maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəblilərin fövqəladə hallar zamanı davranış qaydaları, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınması üzrə profilaktik tədbirlərin görülməsi barədə maarifləndirilməsi olmuşdur.

Tədbirdə Mərkəzin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat vermiş, “112” qaynar xətti, fövqəladə hallar və növləri, fövqəladə hallar zamanı davranış qaydaları, ilkin tibbi yardım anlayışi barədə söhbət aparmışlar.

Sonra Fövqəladə Hallar Nazirliyinin yaranması, strukturu və fəaliyyəti, fövqəladə hallar baş verən zamanı nə etməli, daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması, yanğın təhlükəsizliyi haqqında fotoslayd və videoçarxlar nümayiş olunmuşdur.

Tədbirin sonunda məktəbin müəllim və şagird heyətini maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu