Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

19 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər 44 nömrəli bağça-məktəb-lisey kompleksində “Məktəblərdə payız ayları zamanı təhlükəsizlik qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirin keçirilməsində məqsəd əhaliyə müxtəlif təbii və texnogen xarakterli fövqəladə hallar anlayışı, payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək sel və daşqınlar, torpaq sürüşməsi, habelə zəlzələ kimi bədbəxt hadisələrin profilaktikası mövzularında biliklərin aşılanması olmuşdur.

Tədbirdə “Daşqın təhlükəsi” adlı və Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında videoçarxlar nümayiş olunmuşdur. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, şagirdlər arasında mövzu ilə bağlı viktorina keçirilmişdir.

Tədbirin nəzəri hissəsi bitdikdən sonra məktəbin həyətində şagirdlərə xilasedicilər tərəfindən komplektləşdirilmiş xilasedici avadanlıqlar, əyani şəkildə nümayiş etdirilmişdir. 

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu