Geri

FHN Qarabağ Regional Mərkəzinin əməkdaşları maarifləndirmə tədbiri keçirmişlər

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşları 19 noyabr 2014-cü il tarixində Beyləqan şəhər 4 nömrəli orta məktəbdə “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda  maarifləndirmə tədbiri keçirmişlər.

Mərkəzin təbliğat xarakterli tədbirində Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəbin müəllim-şagird kollektivi, texniki işçiləri iştirak etmişdir.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdləri fövqəladə hallar sahəsində maarifləndirmək, onların bu sahədə olan biliklərini daha da artırmaq olmuşdur.

Mərkəz əməkdaşları iştirakçılara Fövqəladə Hallar Nazirliyinin, Qarabağ Regional Mərkəzinin strukturu və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat vermiş, fövqəladə hallar və növləri, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə, ilkin tibbi yardım anlayışi barədə söhbət aparmışlar.

Sonra Tailand istehsalı olan avtomatik yanğınsöndürmə topu və Fövqəladə Hallar Nazirliyinin hazırladığı “Dəm qazı və ya arzuolunmaz qonaq” adlı videoçarx nümayiş olunmuşdur. Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları məqsədilə Regional Mərkəz əməkdaşları tərəfindən hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.

Sonda iştirakçılara mövzuları əhatə edən xəbərdarlıq vərəqələri və broşürlər paylanmış,  şagird və müəllimlərin sualları cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu