Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirimə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 noyabr 2014-cü il tarixində Xaçmaz rayonu, Qımılqışlaq kənd tam orta məktəbində “Fövqəladə hallar zamanı özünü necə aparmalı” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətinə müxtəlif təbii və texnogen xarakterli fövqəladə halların anlayışı, təxliyyənin təşkili, qış aylarında elektrik və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları, dəm qazından zəhərlənmələrin qarşısının alınması, zəlzələ və digər fəlakətlərdən qorunma üsulları mövzularında biliklərin aşılanması olmuşdur.

Tədbir zamanı FHN-in fəaliyyət istiqamətləri və qurumları, müasir dövrdə texnogen qəzalarla mübarizə yolları, qar uçqunu zamanı sağ qalma üsulları, müxtəlif qəzalar baş verdiyi halda təhsil ocaqlarında təxliyyənin düzgün təşkili qaydaları, elektrik və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları, mülki müdafiə sahəsində vətəndaşların vəzifələri, zəlzələdən sonra özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi, təhlükəsizliyimizin təmin olunmasında “112” qaynar xəttinin rolu mövzularında ətraflı məlumat verilmişdir.

Tədbirdə dəm qazı haqqında videoslayd nümayiş olunduqdan sonra iştirakçıları maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu