Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

19 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər sakinləri ilə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Sumqayıt Regional Mərkəzi tərəfindən şəhər sakinləri arasında keçirilən bu silsilə maarifləndirmə tədbirlərində əsas məqsəd şəhər əhalisinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Mənzil Təsərrüfatı İstismarı İdarəsinin, Sumqayıt Qaz İstismar Sahəsinin və 9 nömrəli Mənzil İstismar Sahəsinin əməkdaşları, 9-cu mikrorayon ərazisində yaşayan sakinlər iştirak etmişdir.

Mərkəzin əməkdaşları binaların yanğın təhlükəsizliyi qaydaları, qaz cihazlarından düzgün istifadə qaydaları, elektriklə davranış qaydaları, zərər çəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi mövzularında çıxışlar etmişdir.

Sonda Fövqəladə Hallar Nazirliyinin“Dəm qazından ehtiyatlı olun”adlı videoçarxı nümayiş olunmuşdur. Tədbir iştirakçıları  ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu