Geri

Dövlət Yanğın Nəzarəti Xidməti Şəmkir rayonunda yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir

19 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Şəmkir rayonunda Qaz-istismar sahəsi, Mənzil-istismar sahəsi və Gəncə Regional Elektrik Şəbəkə MMC-nin Şəmkir Elektrik Şəbəkəsinin işçiləri ilə birgə yaşayış massivlərində yanğına qarşı təbliğat xarakterli tədbirlər keçirilmişdir.

Qaz istehlakçılarına bildirilmişdir ki, satış müəssisələrindən əldə edilən məişət cihazlarının müvafiq sənədləri (texniki pasportu, uyğunluq sertifikatı və s.) olmalı, alıcı isə ondan istifadə qaydalarını bilməli, qaz cihazlarını quraşdırdıqda mütləq qaydada bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərə müraciət  edilməli, tüstü bacalari mütəmadi olaraq təmizlənməlidir.  

Sakinlər arasında yanğına qarşı təbliğat xarakterli söhbətlərdə baş vermiş yanğın  hadisələrinin böyük əksəriyyətinin elektrik qurğularının istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması üzündən baş verdiyi xüsusi olaraq vurğulanmışdır.

Şəmkir rayonunda keçirilən tədbirlərdə qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini istehlakçıların nəzərinə çatdırmaq məqsədi ilə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış buklet və plakatlardan istifadə olunmuşdur.

 

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu