Geri

FHN Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb  Regional Mərkəzi tərəfindən 18 noyabr 2014-cü il tarixində Oğuz rayonu, Sincan kənd tam orta məktəbində “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları”  mövzusunda  maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirin məqsədi baş verə biləcək təbii fəlakət, texnogen qəzalar zamanı davranış qaydalarını müəllim və şagirdlər arasında təbliğ etmək olmuşdur.

Mərkəz əməkdaşları “Fövqəladə  hal anlayışı”, “Mülki müdafiə”,Yanğın, partlayış”, “Zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “Texnogen qəzalar”, “112” qaynar telefon xəttinə hansı hallarda müraciət etmək olar” və sair mövzularda çıxışlar etmişlər. Çıxışlardan sonra    zəlzələ və dəm qazı haqqında videoçarx nümayiş olunmuşdur.   

Daha sonra Mərkəzin əməkdaşları tərəfindən şagirdlərə Fövqəladə Hallar Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən nəşr edilmiş “Təhlükəsiz həyat” adlı jurnallar paylanmışdır.

Tədbirin sonunda mövzularla bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu