Geri

FHN-in Bakı Regional Mərkəzi müşavirə keçirmişdir

18 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Səbail Rayon İcra Hakimiyyətində “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda müşavirə keçirmişdir.

Müşavirədə FHN Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və  Dövlət Yanğından Mühafizə xidmətlərinin, eləcə də Mülki müdafiə qoşunlarının əməkdaşları, rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələrinin rəhbərləri, bələdiyyə və mənzil istismar sahələrinin nümayəndələri iştirak etmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri “Yanğının başvermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları” mövzularında çıxışlar etmişlər. Çıxışlar zamanı rayon ərazisində yanğın təhlükəsizliyi sahəsində mövcud olan problemlər və onların həlli istiqamətində görülməli olan işlər barədə məlumat verilmişdir. Daha sonra Mənzil komunal təsərrüfat birliyinin, Qaz istismar sahəsinin, Enerji təchizatı və satışı idarəsinin, Su idarəsinin, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının nümayəndələri müvafiq olaraq yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti, rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, rayonda enerji və su təchizatının mövcud vəziyyəti, həmçinin, yanğın zamanı ilkin tibbi yardım mövzularında çıxışlar etmişdir.  

Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar  nümayiş olunmuşdur.

Keçirilən müşavirə iştirakçılar tərəfindən böyük razılıq və maraqla qarşılanmışdır.                                               

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu